Professor Şəhla Nağıyeva mədəniyyətlərarası dialoq, mədəni irsin qorunması, qadınların ictimai və mədəni həyatda rolu, təhsil və vətəndaş cəmiyyətinin inkişafı mövzularına həsr olunmuş panel müzakirələrinə qatılıb.

Forum çərçivəsində müxtəlif ölkələrdən olan mədəniyyət yönümlü QHT rəhbərləri və nümayəndələri ilə görüşlər keçirilib, qarşılıqlı təcrübə mübadiləsi aparılıb, gələcək birgə layihələr və beynəlxalq əməkdaşlıq imkanları müzakirə edilib.

Şəhla Nağıyeva bildirib: “Hər bir beynəlxalq forum müxtəlif mədəniyyətləri təmsil edən insanlarla ünsiyyət qurmaq, yeni ideyalarla tanış olmaq və əməkdaşlıq əlaqələrimizi genişləndirmək üçün dəyərli fürsətdir.